Ərdoğan Azərbaycanla bağlı üç sazişi təsdiqlədi

Ərdoğan Azərbaycanla bağlı üç sazişi təsdiqlədi

Hazırda oxunan: Ərdoğan Azərbaycanla bağlı üç sazişi təsdiqlədi

249815

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanla ölkəsi arasında imzalanan üç sazişi təsdiqləyib.

Bizim.Media Teleqraf-a istinadən xəbər verir ki, dövlət başçısı bununla bağlı qərarlar imzalayıb.
 

Sənədlərdən biri 2024-cü il noyabrın 15-də Bakıda imzalanan Azərbaycan və Türkiyə arasında turizm sahəsində əməkdaşlığı gücləndirməyi və turizm əlaqələrini inkişaf etdirməyi nəzərdə tutan sazişdir.


İkinci sənəd 2024-cü il mayın 8-də Ankara şəhərində imzalanan Azərbaycan və Türkiyə arasında su təsərrüfatı sahəsində əməkdaşlıq sazişidir. Sənəd iki ölkə arasında su təsərrüfatı sahəsində əməkdaşlığın genişləndirilməsini nəzərdə tutur.

R.T.Ərdoğan Azərbaycan ilə Türkiyə arasında baytarlıq sahəsində əməkdaşlıq haqqında sazişi də təsdiqləyib.

Saziş 2024-cü il fevralın 19-da Ankara şəhərində imzalanıb. Sənəd iki ölkə arasında kənd təsərrüfatı sahəsində əməkdaşlığın daha da dərinləşdirilməsini əhatə edir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO