Bu gün İstanbulda Türkiyə-ABŞ-Ukrayna, həmçinin Türkiyə-Rusiya-Ukrayna üçtərəfli görüşləri keçiriləcək.
Bizim.Media xəbər verir ki, bu barədə “TRT Haber” məlumat yayıb.
Bildirilib ki, Türkiyə-ABŞ-Ukrayna üçtərəfli görüşü yerli vaxtla saat 10.45-də (Bakı vaxtı ilə 11:45) Türkiyə Prezidentinin Dolmabaxça sarayındakı ofisində baş tutacaq.
Türkiyə-Rusiya-Ukrayna üçtərəfli görüşü də yerli vaxtla saat 12.30-da (Bakı vaxtı ilə 13:30) eyni məkanda keçiriləcək.
Bizim.Media