Moldova mətbuatı Şuşa Bəyannaməsindən yazdı - FOTO

Moldova mətbuatı Şuşa Bəyannaməsindən yazdı - FOTO

Hazırda oxunan: Moldova mətbuatı Şuşa Bəyannaməsindən yazdı - FOTO

24963

İyunun 15-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Şuşaya səfəri, Azərbaycan Prezidenti İlham Əliyevlə təkbətək görüşü, “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi” imzalanması barədə məlumat Moldova mətbuatında geniş işıqlandırılıb.

Bizim.Media xəbər verir ki, “Noi.md”, “Point.md”, “Dosug.md” və digər media qurumları imzalanan sənədin əhəmiyyətindən bəhs edib, bunun ölkələrimiz arasında bütün sahələrdə əlaqələrin daha da möhkəmləndirəcəyini bildiriblər.
 

MÖVZU İLƏ BAĞLI:

Şuşa Bəyannaməsinin əsas MÜDDƏALARI


​​​​​​​Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın mətbuata bəyanatlarında səsləndirdikləri fikirlər Moldova mətbuatında yer alıb. 

Qeyd olunub ki, Qars müqaviləsindən yüz il sonra iki dost və qardaş ölkə arasında imzalanan müttəfiqlik münasibətlərinə dair Şuşa Bəyannaməsini prezidentlər İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan imzalayıblar.

Bildirilir ki, bəyannamədə Zəngəzur dəhlizinin açılması ilə bağlı çox açıq ifadələr öz əksini tapıb. Vurğulanıb ki, azad edilmiş Şuşa şəhərində 100 ildən sonra müttəfiqlik haqqında imzalanan Birgə Bəyannamə Azərbaycan və Türkiyə arasında gələcək iş birliyinin istiqamətini göstərir.

Bizim.Media





© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO