Gizli ABŞ hərbi bazası AŞKARLANDI - Şok faktlar ÜZƏ ÇIXDI - FOTO

Gizli ABŞ hərbi bazası AŞKARLANDI - Şok faktlar ÜZƏ ÇIXDI - FOTO

Hazırda oxunan: Gizli ABŞ hərbi bazası AŞKARLANDI - Şok faktlar ÜZƏ ÇIXDI - FOTO

249607

NASA alimləri radar sisteminin sınaq buraxılışı zamanı Qrenlandiya buzlaqları altında yerləşən, uzun illər əvvəl tərk edilmiş Camp Century adlı ABŞ hərbi bazasını aşkar ediblər.

Bizim.Media xəbər verir ki, bu barədə məlumatı "The Wall Street Journal" yayıb.

Jurnalın məlumatına görə, Camp Century soyuq müharibə dövründə bir neçə il fəaliyyət göstərib və 1967-ci ildə bağlanıb. O vaxtdan bəri baza qar və buzla örtülüb, indi isə təxminən 30 metr dərinlikdə yerləşir.

Tarixi məlumatlara əsasən, baza nüvə reaktoru ilə işləyib və Pentaqonun “Iceworm” adlı gizli layihəsi çərçivəsində qurulub. Layihənin məqsədi nüvə raketlərinin yerləşdirilməsi üçün tunellər şəbəkəsi yaratmaq olub. Bu bazada təxminən 600 nüvə başlığının yerləşdirilməsi planlaşdırılıb. (musavat.com)


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO