“İstanbuldakı Rusiya nümayəndə heyəti danışıqlar aparmaq üçün bütün lazımi səlahiyyətlərə malikdir”.
Bizim.Media xəbər verir ki, bunu Rusiya Federasiyası Prezidentinin köməkçisi və İstanbul danışıqları üçün təyin edilən nümayəndə heyətinin rəhbəri Vladimir Medinski jurnalistlərə açıqlamasında deyib.
Rusiya nümayəndə heyətinin rəhbəri qeyd edib ki, Rusiya bu danışıqlara İstanbuldakı sülh prosesinin davamı kimi baxır:
“Nümayəndə heyətinin tərkibi Rusiya prezidenti tərəfindən təsdiqlənib. Ukrayna ilə danışıqların məqsədi münaqişənin əsas səbəblərini aradan qaldırmaqla davamlı sülh şərtlərinə nail olmaqdır. Rusiya nümayəndə heyəti mümkün həll yollarını və təmas nöqtələrini axtararaq konstruktiv yanaşmaya sadiqdir”.
Vladimir Medinski açıqlama verdikdən sonra jurnalistlərin suallarını cavablandırmayıb.
Bizim.Media