“ABŞ və Türkiyə liderləri Donald Tramp və Rəcəb Tayyib Ərdoğana hörmət əlaməti olaraq və gərginliyin azaldılması istiqamətində ilk addımları atmaq məqsədi ilə Ukrayna İstanbula nümayəndə heyəti göndərir”.
Bizim.Media xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, özünün, Ukrayna Təhlükəsizlik Xidmətinin rəhbərinin və Baş Qərargah rəisinin
Putinsiz danışıqlarda iştirakının heç bir mənası yoxdur.
“Mən hələ də düşünürəm ki, Rusiya bu görüşlərə ciddi yanaşmır və müharibəni dayandırmaq istəmir. Budur, mən buradayam, biz birbaşa danışıqlara hazırıq”, - Zelenski deyib.
Bizim.Media