Rusiyadan SON HƏMLƏ – Ukraynanın daha iki bölgəsi İŞĞAL OLUNACAQ

Rusiyadan SON HƏMLƏ – Ukraynanın daha iki bölgəsi İŞĞAL OLUNACAQ

Hazırda oxunan: Rusiyadan SON HƏMLƏ – Ukraynanın daha iki bölgəsi İŞĞAL OLUNACAQ

249491

İstanbulda danışıqlara başlanıldığı bir ərəfədə Rusiya deyəsən Ukraynanın Qara dənizdəki mühüm şəhəri olan Odessanı da ələ keçirmək istəyir.

Ukrayna Təhlükəsizlik Xidmətinin keçmiş əməkdaşı, hərbi ekspert İvan Stupak OBOZ.UA-ya açıqlamasında bildirib ki, Vladimir Putin Odessanı ələ keçirmək planları qurur.

“Onun məqsədi Ukraynanı Qara dənizdən təcrid etmək və Moldova ilə sərhəddə yerləşən tanınmamış Dnestryanıdakı vəziyyəti həll etməkdir. Kreml birinci növbədə Ukraynanı dənizdən məhrum etmək, ikinci olaraq– Pridnestrovenin ilhaqı məsələsini unutdurmaq və üçüncü olaraq-Avropa İttifaqı və NATO üçün təhdid yaratmaq istəyir,” – deyə Stupak bildirib.

Rusiyanın bu planı reallaşa bilərmi?

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında siyasi şərhçi Abutalıb Səmədov bildirir ki, Rusiya Odessa və Dneprpetrovskini də ələ keçirmək üçün əlindən gələni edəcək:

“Əslində,Rusiyanın atəşkəsdən imtina etməsinin kökündə məhz Odessanı ələ keçirmək planı dayanır. Kreml yeni ərazilər işğal etməkdə maraqlıdır. Bu zaman söhbət ilk növbədə təbii ki, Odessadan gedir. Primakovun məşhur doktrinasına görə, Odessa, Donetsk və Luqansk birlikdə Novorossiyaya aiddir və Rusiya bu əraziləri mütləq özünə birləşdirməlidir. Sonrakı növbə isə Moldovanındır. Söhbət təkcə Dnestryanı ərazi deyil, bütövlükdə Moldovanı nəzarətə götürməkdən gedir”.

Ekspert qeyd edir ki, hələlik bu istiqamətdə Kremlin işi uğurla gedir:

“Onlar hər gün 35-40 kvadrat kilometr ərazini işğal edirlər. Bu şəraitdə atəşkəsi qəbul etmək Kremlin planına uyğun deyil. Ona görə də İstanbulda danışıqlar gedə-gedə hərbi əməliyyatları davam etdirirlər.

Odessa Rusiya üçün mühüm əhəmiyyətə malikdir. Əsas hədəfləri də Ukraynanı Qara dənizdən tamamilə təcrid etməkdir. Ukrayna Prezidenti ABŞ-dan lazım olan səviyyədə təminat ala bilməsə və təminatı almadan təklif olunan sülhdən imtina etsə, Kiyev üçün ciddi problemlər yaranacaq. Bu vəziyyətdə, Odessa, Dnepropetrovsk da işğal oluna bilər”.

Rüfət Sultan, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO