Ukrayna Prezidenti Volodimir Zelenski İstanbulda keçirilən danışıqlar ərəfəsində Rusiya nümayəndə heyətinin tərkibinin qeyri-ciddi və formal göründüyünü bildirib.
Bizim.Media xəbər verir ki, bu barədə görüntüləri UNİAN nəşri yayıb.
Onun sözlərinə görə, rusların danışıqlar üçün real səlahiyyətə malik olub-olmadığı belə aydın deyil.
“Rus nümayəndə heyətinin səviyyəsi elə bil tamaşa üçündür. Hələlik onların hansısa qərarlar qəbul etmək üçün mandatı olub-olmadığı məlum deyil,” – deyə Zelenski qeyd edib.
O bildirib ki, buna qarşılıq olaraq, Ukraynanın nümayəndə heyəti danışıqlarda mümkün olan ən yüksək səviyyədə təmsil olunub:
“Ukrayna nümayəndə heyəti ən yüksək səviyyədədir: Xarici İşlər Nazirliyi, Prezident Aparatının təmsilçiləri, hərbçilər və bütün kəşfiyyat qurumlarının nümayəndələri buradadır. Məqsədimiz – ədalətli və gözlənilən sülhə aparan qərarları qəbul etməkdir.”
Zelenski əlavə edib ki, növbəti addımlar barədə qərar Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşdən sonra veriləcək:
“Ərdoğanla danışıqlardan sonra hansı istiqamətdə irəliləyəcəyimizi düşünəcəyik.”
Zelenskinin sözlərinə görə, Rusiya tərəfinin bu danışıqlara real siyasi iradə və qərarvermə səlahiyyəti ilə gəlib-gəlmədiyi sual altındadır.
Bizim.Media

- A-
- A
- A+
Dünya
13:36 / 15.05.2025
Zelenskidən Rusiya nümayəndə heyəti ilə bağlı AÇIQLAMA: “Formal görünür” – VİDEO
Hazırda oxunan: Zelenskidən Rusiya nümayəndə heyəti ilə bağlı AÇIQLAMA: “Formal görünür” – VİDEO
Hazırda oxunan: Zelenskidən Rusiya nümayəndə heyəti ilə bağlı AÇIQLAMA: “Formal görünür” – VİDEO
249484
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.