ABŞ F-55 adlı yeni döyüş təyyarəsi hazırlayır

ABŞ F-55 adlı yeni döyüş təyyarəsi hazırlayır

Hazırda oxunan: ABŞ F-55 adlı yeni döyüş təyyarəsi hazırlayır

249479

ABŞ Prezidenti Donald Tramp F-35 döyüş təyyarəsinin təkmilləşdirilməsi ilə yanaşı, tamamilə yeni nəsil bir qırıcı – F-55 üzərində işlərin başladığını açıqlayıb.

Bizim.Media xəbər verir ki, bu barədə o, çıxışı zamanı bildirib.

Trampın sözlərinə görə, yeni model iki mühərrikli olacaq:

“Biz F-35 üzərində yenilənmədən əlavə, yeni model – mən onu F-55 adlandırıram – hazırlayırıq.

Onun iki mühərriki olacaq. Mən heç vaxt bir mühərrikli təyyarələri bəyənməmişəm. Çünki ən yaxşı mühərrik belə sıradan çıxa bilər. Belə anda ehtiyat mühərrikin olması həyati əhəmiyyət daşıyır”, – deyə ABŞ Prezidenti vurğulayıb.

Tramp həmçinin ABŞ-ın ən qabaqcıl qırıcılarından biri olan F-22 layihəsinin yenidən gündəmə gətirildiyini bildirib. Onun sözlərinə görə, Çin artıq bu təyyarənin görünüşünü surətləndirib, lakin amerikalıların istifadə etdiyi texnologiyaları təkrarlamaq Pekin üçün asan olmayacaq.

“Biz F-22 Super hazırlayacağıq – dünyanın ən gözəl qırıcısının təkmilləşdirilmiş versiyası. Bu təyyarəyə bənzər bir model olmayacaq”, – deyə Tramp əlavə edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO