Dünən Kermanşah əyalətində iş adamları ilə görüşən İran prezidenti Məsud Pezeşkian ABŞ-ın bölgəyə müdaxiləsini tənqid edib.
Bizim.Media xəbər verir ki, bu barədə “Snn.ir” saytı yazıb.
“Biz bölgə ölkələri ilə qardaşıq, Azərbaycan, Türkmənistanla qohumuq. Başqaları (ABŞ) bizi müharibəyə sürükləmək istəyir. Ancaq biz bunu etməyəcəyik”, deyə o vurğulayıb.
Pezeşkian qeyd edib ki, əgər region ölkələri birlikdə ticarət əlaqələri qura bilsə, müsəlman ölkələri arasında böyük ticarət bazarı, eləcə də sülh və təhlükəsizlik yarada bilərlər.
Onun sözlərinə görə, region başqalarına deyil, bölgə ölkələrinə məxusdur.
Bizim.Media

- A-
- A
- A+
Dünya
11:21 / 15.05.2025
Pezeşkian: “Biz Azərbaycanla qardaş və qohumuq” – VİDEO
Hazırda oxunan: Pezeşkian: “Biz Azərbaycanla qardaş və qohumuq” – VİDEO
Hazırda oxunan: Pezeşkian: “Biz Azərbaycanla qardaş və qohumuq” – VİDEO
249443
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.