Rusiyanın paytaxtı Moskvada azərbaycanlılar ağır qəzaya düşüblər.
Bizim.Media xəbər verir ki,1994-cü il təvəllüdlü Fərid Ramiz oğlu Bədəlovun idarə etdiyi avtomobil gecə saatlarında maneəyə çırpılıb. Nəticədə F. Bədəlov aldığı xəsarətlərdən hadisə yerində ölüb. Onun yeznəsi və avtomobildə olan digər 2 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb.
Bildirilib ki, qəzaya düşən şəxslər Moskvada tikinti şirkətində çalışıb və avtomobil şirkətə məxsus olub. Onlar işdən çıxıb evə gedərkən yolda qarşılarına qəfil piyada çıxıb. Piyadanı vurmaqdan yayınmaq istəyən Fərid avtomobilin idarəetməsini itirib və maşın maneəyə çırpılıb.
Bu zaman maneəyə bərkidilmiş metal hissə avtomobilin şüşəsini qıraraq salona daxil olub və sürücünün başına ağır xəsarət yetirib.
Qeyd edək ki, vəfat edən şəxs Şəkinin Baş Küngüt kəndinin sakinidir. (Qafqazinfo)
Bizim.Media

- A-
- A
- A+
Dünya
10:48 / 15.05.2025
Moskvada 31 yaşlı azərbaycanlı faciəvi şəkildə HƏLAK OLDU
Hazırda oxunan: Moskvada 31 yaşlı azərbaycanlı faciəvi şəkildə HƏLAK OLDU
Hazırda oxunan: Moskvada 31 yaşlı azərbaycanlı faciəvi şəkildə HƏLAK OLDU
249431
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.