Zelenski: “Bir həftə çox şeyi dəyişə bilər”

Zelenski: “Bir həftə çox şeyi dəyişə bilər”

Hazırda oxunan: Zelenski: “Bir həftə çox şeyi dəyişə bilər”

249383

“Bu gün komandamızla Türkiyədə danışıqların formatı ilə bağlı bir sıra görüşlər keçirdik. Ukrayna İstanbul danışıqları ilə bağlı növbəti addımlarına Rusiyanın nümayəndə heyətinin tərkibini açıqlamasından sonra qərar verəcək”.

Bizim.Media xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski açıqlama verib.
 

"Mətbuatda onlardan gələn məlumatlarla bağlı yayılanlar hələ inandırıcı deyil. Amma biz bilirik ki, Prezident Tramp Türkiyədə olmaq imkanını nəzərdən keçirir. Ona görə də bu, ən güclü arqument ola bilər. Bir həftə həqiqətən çox şeyi dəyişə bilər”, - Zelenski qeyd edib.


"Ukrayna istənilən formatda danışıqlara hazırdır və biz görüşlərdən qorxmuruq. Sabah - Türkiyədəyik. Lakin hərbi əməliyyatların sonu Rusiyadan asılıdır", - deyə Kiyev rəhbəri deyib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO