ABŞ Prezidenti Donald Tramp rəsmi səfərlə Qətərə gəlib. Onu Dohaya gətirən təyyarə Səudiyyə Ərəbistanından – Fars Körfəzi ölkələrinə etdiyi tur çərçivəsində ilk səfər etdiyi ölkədən yola düşüb.
Bizim.Media “Al Jazeera” telekanalına istinadən xəbər verir ki, Tramp son 22 ildə Qətərə səfər edən ilk amerikalı prezident olub. Onu hava limanında Qətər Əmiri Tamim bin Hamad Al Tani qarşılayıb.
Trampı salamlayarkən Əmir Al Tani deyib:
"Biz hamımız regionda sülh istəyirik və ümid edirik ki, bu dəfə buna nail olunacaq... Mən bilirəm ki, siz sülh tərəfdarısınız və sülh gətirmək istəyirsiniz. Biz bu məqsədə çatmaq üçün, təkcə bizim regionda deyil, həm də Rusiya və Ukrayna da daxil olmaqla digər bölgələrdə də birgə çalışa bilərik."
Əvvəlcədən bildirildiyi kimi, Dohada keçiriləcək danışıqlarda əsas müzakirə mövzusu Qəzzadakı vəziyyət və HƏMAS təşkilatı tərəfindən saxlanılan girovların azad olunması yolları olacaq. Tramp həmçinin ABŞ ilə Qətər arasında ikitərəfli əməkdaşlıq məsələlərini də müzakirə etməyi planlaşdırır.
Bizim.Media

- A-
- A
- A+
Dünya
16:53 / 14.05.2025
Trampı Dohada Qətər əmiri qarşıladı - VİDEO
Hazırda oxunan: Trampı Dohada Qətər əmiri qarşıladı - VİDEO
Hazırda oxunan: Trampı Dohada Qətər əmiri qarşıladı - VİDEO
249326
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.