Tramp: “İranın nüvə silahı əldə etməsinə yol verməyəcəyik”

Tramp: “İranın nüvə silahı əldə etməsinə yol verməyəcəyik”

Hazırda oxunan: Tramp: “İranın nüvə silahı əldə etməsinə yol verməyəcəyik”

249279

“İranın inkişafını dəstəkləyirik, lakin Tehranın nüvə silahı əldə etməsinə imkan verməyəcəyik”.

Bizim.Media xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp bu barədə Fox News telekanalına müsahibəsində deyib.
 

“İstərdim ki, İran möhtəşəm bir ölkəyə çevrilsin və çoxlu pul qazansın, lakin onlar nüvə dövləti olmayacaqlar”, - deyə ABŞ Prezidenti bildirib.


Donald Trampın açıqlaması ABŞ-la İran arasında nüvə proqramı və İran əleyhinə sanksiyaların ləğvi üzrə danışıqlar fonunda səslənib. Ekspertlərin sözlərinə görə, danışıqların özü və hər iki ölkənin mübahisələri diplomatik yolla həll etməyə hazır olduqları ilə bağlı bəyanatları irəliləyiş kimi görünsə də, davamlı tərəqqi əlamətləri çox azdır.

“Həlli çətin görünən məsələlərdən biri də İranın nüvə proqramı üçün uranın zənginləşdirilməsində təkidi ilə bağlıdır. Tehran bunu sülh məqsədli proqram kimi təqdim etsə də, ABŞ uranın zənginləşdirilməsini “qırmızı xətt” adlandırır”, - deyə analitiklər bildirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO