Məşhur axtarış sistemi “Google” 10 ildən sonra loqosunu yeniləyib.
Bizim.Media xəbər verir ki, bu barədə “The Verge” məlumat yayıb.
Artıq loqoda ilk hərfdəki rəng keçidləri xəttlərlə ayrılmır və ton keçidləri ilə digər rənglərə qarışır.
Artıq “Google”da rənglər qırmızı rəng sarıya, sarıdan yaşıla, yaşıldan isə maviyə axır, bu da loqonu “Google” tərəfindən hazırlanmış “Əkizlər” neyron şəbəkəsinin simvolizminə bənzədir.
Yeni loqo artıq iOS-da “Google Axtarış” tətbiqi ikonası və Android tətbiqinin beta versiyası üçün istifadə olunur. Bundan əlavə, yeni dizayn “Pixel” smartfon istifadəçilərinə də nümayiş etdirilir.
“Google”nin köhnə loqosu hələ də bütün digər Android cihazlarında və axtarış sisteminin veb versiyasında görünür. Qısa zamanda bütün tətbiqlərdə yeni loqo ilə əvəzlənəcək.
Qeyd edək ki, “Google” loqosu sonuncu dəfə 2015-ci ilin sentyabrında dəyişdirilmişdi, “Catull” şrifti “Product Sans” ilə əvəz edilmişdi.
Bizim.Media