Xurmanın ZƏRƏRLƏRİ - Belə olanları yeməyin

Xurmanın ZƏRƏRLƏRİ - Belə olanları yeməyin

Hazırda oxunan: Xurmanın ZƏRƏRLƏRİ - Belə olanları yeməyin

249201

Xurma tərkibində süni rəngləndirici, dadlandırıcı və digər əlavələr olmayan təbii şirin dadı olan unikal desert hesab olunur. Bununla belə, xurmanın kalori miqdarı olduqca yüksəkdir və bu səbəbdən də onları ehtiyatla yemək lazımdır. Çünki həddindən artıq xurma yemək sağlamlığa zərər verə bilər.

Bizim.Media xəbər verir ki, 100 qram xurmanın kalori miqdarı 274 kkal təşkil edir.

Arıtq çəkidən əziyyət çəkənlər və ya şəkərli diabet xəstələri onları yeyərkən son dərəcə diqqətli olmalıdırlar.

Bundan əlavə, kəskin mədə-bağırsaq xəstəlikləri və ya kariyesə meyliniz varsa xurma yemək tövsiyə edilmir.
 

Yüksək kalorili olduğuna görə böyüklərin gündə altı ədəddən çox xurma yeməmələri, azyaşlı uşaqların isə gündə iki-üç ədəd xurma yeməsi tövsiyə olunur. Üstəlik, dietoloqlar vurğulayırlar ki, iki ədəd xurmanı 30 ədəd üzüm dənəsi ilə əvəz etsəniz, həm doyacaq, həm də daha az şəkər almış olacaqsınız.


Xurmanı yemək qaydasına gəlincə, onları həm təzə halda, həm də qurudulmuş halda yemək olar. Bu zaman isə bir rəngli, tünd ləkələri və damarları olmayan meyvələri seçmək daha yaxşıdır. Əgər aldığınız qurudulmuş xurma dənələri bir-birinə yapışıbsa, bu onların şəkər siropu ilə dadlandırıldığına işarədir. Mütəxəssislər, həmçinin, çox parlaq meyvələrdən uzaq durmağı məsləhət görürlər, çünki bu parlaqlığın kimyəvi maddələrlə əldə olunduğunu göstərir.

Bundan əlavə fermentləşdirilmiş qoxusu olan əzik meyvələri yeməməlisiniz - bunlar məhsulun tam qurudulmadığını göstərən əlamətlərdir.

Sağlamlığa faydalı olan qurudulmuş xurmanın xoş, şirin qoxusu və çatları olmayan bütöv qabığı olmalıdır. Mütəxəssislər belə qənaətə gəliblər ki, istifadə etməzdən əvvəl onları yaxşıca yumaq, saxlamaq üçün isə kip bağlanan qaba yerləşdirmək vacibdir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO