Putinin gizli planı ÜZƏ ÇIXDI - "Hədəf Odessanı işğal etməkdir"

Putinin gizli planı ÜZƏ ÇIXDI - "Hədəf Odessanı işğal etməkdir"

Hazırda oxunan: Putinin gizli planı ÜZƏ ÇIXDI - "Hədəf Odessanı işğal etməkdir"

249159

Kremlin sahibi Vladimir Putin Odessanı ələ keçirmək planları qurur. Məqsədi Ukraynanı Qara dənizdən təcrid etmək və Moldova ilə sərhəddə yerləşən tanınmamış Pridnestrovyedəki (Dnestryanı) vəziyyəti həll etməkdir.

Bizim.Media xəbər verir ki, bu barədə Ukrayna Təhlükəsizlik Xidmətinin keçmiş əməkdaşı, hərbi ekspert İvan Stupak OBOZ.UA-ya danışıb.

“Niyə məhz Odessa? Aydındır ki, onları rusdilli əhali maraqlandırmır. Onlar bu insanları öldürür, vecinə də almırlar. Kreml birinci növbədə Ukraynanı dənizdən məhrum etmək, ikinci olaraq – Pridnestrovenin ilhaqı məsələsini unutdurmaq və üçüncü olaraq – Avropa İttifaqı və NATO üçün təhdid yaratmaq istəyir,” – deyə Stupak bildirib.

Ekspertin sözlərinə görə, Kreml Odessanı ələ keçirməyi planlaşdırsa da, bu planın reallaşdırılması Rusiya üçün real deyil. Əgər genişmiqyaslı işğaldan əvvəl bu mümkün görünürdüsə, indi vəziyyət tamamilə dəyişib.

“Əvvəllər, Krımın ilhaqı və Donbasda döyüşlər olsa da, ukraynalılar işğal olunmuş ərazilərə səfər edirdi, dəmir yolu işləyirdi, bu da Kremldə müəyyən informasiyanın olmasına şərait yaradırdı. İndi isə məlumat məhdud mənbələrdən daxil olur.”

Stupakın sözlərinə görə, indi Rusiya xüsusi xidmət orqanlarının Ukrayna daxilindəki agenturası qeyri-peşəkardır.

“Əvvəlki kimi hakimiyyətə çıxış imkanları yoxdur. İndi yerlərdə çalışan agentura təcrübəsizdir.

Sadəcə bir işsizə deyiblər ki, get nəsə öyrən... Bu – o səviyyə deyil. Əslində bu, vilayət administrasiyası, Prezident Ofisi, Nazirlər Kabineti və ya nazirliklər səviyyəsində olmalıdır. Yəni planları var, amma bu planları həyata keçirməyə resursları çatmır.”

Ekspert hesab edir ki, hazırda Ukraynanın dövlət orqanları Kremlin təsirindən ciddi şəkildə təmizlənib, baxmayaraq ki, ölkədə hələ də müəyyən elementlər qalır:

“Məsələn, kimlərsə gizlənib. Xüsusi xidmət orqanları onların kim olduğunu bilir, amma sübut yoxdursa, cinayət işi açıla bilməz. Bu adamlar – jurnalistlər və ya keçmişdə Kreml üçün işləyənlər ola bilər. Belələri nəzarət altındadır. Aktivləşən kimi dərhal tədbir görülür.”

Stupak bildirir ki, “koordinasiyaçılar və hədəf təyin edənlər” arasında aktivlər var:

“Məsələn, “Tipik Odessa” adlı Telegram kanalı. Onlar açıq şəkildə zərbələrin nəticələri barədə foto və video materiallar toplayır. Yazırlar ki, bizə hər şeyi göndərin, biz düzəldəcəyik, heç kim başa düşməyəcək. Və tam zərbə xronologiyası...”.

Onun sözlərinə görə, bu kanalın təxminən 260 min abunəçisi var və əksəriyyəti Odessadan və ətraf bölgələrdəndir.

“Amma baxırsan – bu kanal Roskomnadzorda qeydiyyatdan keçib. Söz tapa bilmirsən. Budur, onların iş metodu,” – deyə sabiq UTX əməkdaşı qeyd edir.

O vurğulayır ki, Odessalılar artıq əvvəlki insanlar deyil – xüsusən 2022-ci ilin əvvəlindəki ilə müqayisədə:

“Bir çoxları cəbhəyə yollanıb. Amma ruslar yerli reallığı başa düşmür. Onlar görmürlər ki, nələr baş verir. Odur ki, onların planları gerçəkliklə uyğun gəlmir.”

Odessanın işğalı mümkündürmü?

Daha əvvəl KQB-nin keçmiş əməkdaşı Sergey Jirnov bildirmişdi ki, Odessanı işğal etmək ideyası Putinin “fiks ideyasına” çevrilib. Onun fikrincə, Putin ABŞ-ın yardımından məhrum qalan Ukraynanı zəif görür və bu səbəbdən qeyri-məntiqli, intihara bərabər qərarlar verə bilər. Əgər məqsədi “ali məqsəd”dirsə, onu peşəkarların rəy və xəbərdarlıqları maraqlandırmır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO