Zelenskinin təklifindən sonra Putin “yata bilmir, kefir içir” - Ukraynanın sabiq xarici işlər naziri

Zelenskinin təklifindən sonra Putin “yata bilmir, kefir içir” - Ukraynanın sabiq xarici işlər naziri

Hazırda oxunan: Zelenskinin təklifindən sonra Putin “yata bilmir, kefir içir” - Ukraynanın sabiq xarici işlər naziri

249147

Ukraynanın sabiq xarici işlər naziri Vladimir Oqrızko bildirib ki, prezident Volodimir Zelenskinin 15 may tarixində Türkiyədə şəxsən görüş keçirmək təklifindən sonra Rusiya prezidenti Vladimir Putinin “yata bilmədiyini və soyuducusundan kefir içdiyini” düşünür.

Bizim.Media xəbər verir ki, bu barədə o, OBOZ.UA-ya verdiyi müsahibəsində danışıb.

Oqrızkonun fikrincə, Putinin hazırda çox ağır dövrünü keçirir və o, yaxın çevrəsi ilə nə etməli olduğunu müzakirə edir:

“Mən bu suala tam qətiyyətlə cavab verə bilmərəm – gedəcək, ya yox. Amma Tramp necə demişdi ki, Ukraynadakı müharibədən yata bilmir. Eləcə də düşünürəm ki, Zelenskinin təklifindən sonra o, doğrudan da çox çətin vəziyyətdədir.”

Diplomatın sözlərinə görə, Rusiyada – hər bir avtoritar sistemdə olduğu kimi – iki düşərgə var: müharibənin davamını istəyənlər və istəməyənlər:

“Sonuncular düşünürlər ki, bu yol Rusiyanı uçuruma aparır. Əsas sual budur: bu qruplardan hansı üstün gələcək? Kim Putini inandıra biləcək ki, nə etmək lazımdır. Mənə elə gəlir, o, birinci qrupa – qan içməkdən çəkinməyənlərə aiddir və sonadək döyüşmək istəyir. Amma paralel olaraq bu siyasətin sonunun haraya aparacağını başa düşənlər də var. Əgər onların təzyiqi güclü olarsa, bəlkə də Putin geriyə çəkilmək üçün formal bir bəhanə axtaracaq.”

Oqrızko bildirib ki, 15 maya qədər Kreml üçün vaxt maksimal dərəcədə gərgin keçəcək.

Diplomat Putinin “özünü dalana dirədiyini” söyləyib:

“Bir tərəfdən, o, müharibəni dayandıra bilmir. Çünki öz xalqına nəyi qələbə kimi təqdim edə bilər? Təbliğatla zəhərlənmiş cəmiyyətə belə “mən qalib gəldim” deməyə əsası yoxdur, çünki ortada real qələbə yoxdur. Digər tərəfdən isə – sanksiyalar... Əgər sanksiyalar doğrudan da güclü olsa və biz döyüş meydanında lazım olan hər şeyi alsaq, o zaman Putin danışıqlara sürünərək gələr və yalvarardı ki, onu vurmasınlar.”

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO