Rusiyada miqrantlar haqqında məlumat verənlərə pul ÖDƏNİLƏCƏK?

Rusiyada miqrantlar haqqında məlumat verənlərə pul ÖDƏNİLƏCƏK?

Hazırda oxunan: Rusiyada miqrantlar haqqında məlumat verənlərə pul ÖDƏNİLƏCƏK?

249126

Rusiya Dövlət Dumasında ölkədə qanunsuz yaşayan xarici vətəndaşlar barədə hökumət orqanlarına “dəqiq məlumat” verən şəxslərə pul mükafatının verilməsi məsələsi müzakirə olunur.

Bizim.Media xəbər verir ki, bu təşəbbüslə “Yeni insanlar” fraksiyasından deputatlar – Vladislav Davankov, Yaroslav Samılin və Vladimir Plyakin çıxış ediblər.

Təklifə əsasən, qeyri-qanuni miqrantın əmlakı müsadirə olunmalı, onu işə götürən işəgötürən isə 100 min rubl məbləğində cərimələnməlidir. Cərimə və müsadirə edilən əmlakın 50 faizi isə hüquq-mühafizə orqanlarına məlumat verən vətəndaşa ödənməlidir.

Deputatlar hesab edirlər ki, bu cür maddi stimullaşdırma vətəndaşları qanunsuz miqrasiya hallarını daha aktiv şəkildə hüquq-mühafizə orqanlarına bildirməyə sövq edəcək.

Qeyd edək ki, bundan əvvəl də Dövlət Dumasında miqrant taksi sürücülərindən imtina hüququnun tətbiqi təklif edilmişdi. Keçən həftə isə başqa bir təşəbbüsdə qeyri-qanuni miqrantların uşaqlarının uşaq bağçalarına getməsinə qadağa qoyulması irəli sürülmüşdü.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO