İDDİA: Yeni Roma Papasının ulu babası ermənidir? - FOTO

İDDİA: Yeni Roma Papasının ulu babası ermənidir? - FOTO

Hazırda oxunan: İDDİA: Yeni Roma Papasının ulu babası ermənidir? - FOTO

249032

Katolik Kilsəsinin yeni lideri seçilən Papa XIV Leonun ailə keçmişi ilə bağlı ortaya atılan bir iddia Kayserinin Develi rayonunda böyük təəccüb doğurub. İddialara görə, Papa XIV Leonun babası Setrak Parsehyan 1915-ci illərdə Develidən ayrılaraq Argentinaya köç edib.

Bizim.Media Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu xəbər Develi sakinləri arasında maraqla qarşılanıb.

Develidə keçmişdə ermənilərin sıx yaşadığı Reşadiyə məhəlləsinin muxtarı Yusuf Çelik məsələ ilə bağlı belə deyib:

“Biz də Papanın Develidən olduğunu sosial mediadan öyrəndik və təəccübləndik. Katolik Kilsəsinin ruhani lideri XIV Leonun babalarının bu məhəllədə yaşadığı deyilir. Biz də “hayırlısı olsun” deyirik.”



Xəbər qısa müddətdə rayonda sürətlə yayılıb və bununla birlikdə Develinin tarixi keçmişi də yenidən gündəmə gəlib. Xüsusilə XX əsrin əvvəllərində bölgədəki erməni əhalisi və baş verən hadisələr bu iddialar fonunda yenidən araşdırılmağa başlanıb. Bölgədəki erməni varlığına dair tarixi məlumatlar Papa XIV Leonun ailəsinin mümkün köklərinə işıq tuta bilər.
 

Tarixi mənbələrə görə, Develi həm Şərqi, həm də Cənubi Anadolunun yaxınlığında yerləşən strateji mövqeyinə görə erməni cəmiyyətləri üçün mühüm bir mərkəz olub. Hınçak və Taşnak kimi komitələrin burada fəaliyyət göstərdiyi, gələcəkdə baş verəcək toqquşmalar üçün bombalar istehsal edildiyi məlumdur. Lakin 1915-ci il hadisələrindən sonra Develidəki erməni əhalisi əhəmiyyətli dərəcədə azalmış və Hələp və Suriyanın digər bölgələrə göndərilmişdi.


Papa XIV Leonun ailəsinin bu tarixi prosesdə Develidən Argentinaya köç etmiş ola biləcəyi ehtimalı rayon əhalisi arasında ciddi müzakirə olunur. Ancaq bu iddiaların nə qədər doğru olduğu hələlik rəsmi şəkildə təsdiqlənməyib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO