Yeni Papadan süni intellektlə bağlı ÇAĞIRIŞ: “İş yerlərinə təhlükə yaradır”

Yeni Papadan süni intellektlə bağlı ÇAĞIRIŞ: “İş yerlərinə təhlükə yaradır”

Hazırda oxunan: Yeni Papadan süni intellektlə bağlı ÇAĞIRIŞ: “İş yerlərinə təhlükə yaradır”

248925

Katolik kilsəsinin yeni rəhbəri Papa XIV Lev Vatikanda kardinallara etdiyi ilk müraciətində süni intellekti müasir dövrün əsas problemlərindən biri kimi qiymətləndirib. O, texnologiyaların insan ləyaqəti, ədalət və əməyin qorunması sahəsində yeni çağırışlar yaratdığını bildirib və süni intellektin inkişafını XIX əsrin sənaye inqilabı ilə müqayisə edib.

Bizim.Media xəbər verir ki, əvvəllər ABŞ-dan olan kardinal Robert Prevo kimi tanınan Papa XIV Lev, öz ad seçimində Papa XIII Leva istinad etdiyini söyləyib.

Qeyd edək ki, Papa XIII Lev 1891-ci ildə "Rerum Novarum" ensiklikasında fəhlə hüquqlarını müdafiə etmişdi.
 

"Bu gün Kilsə süni intellekt və yeni sənaye inqilabına cavab olaraq sosial təlimini təqdim edir", – deyə çıxışı zamanı qeyd edib.


Papa süni intellektin sürətli inkişafının iş yerlərinə və etik məsələlərə təhlükə yaratdığını vurğulayıb. Papa XIV Lev sələfi Fransisk kimi Kilsəni bu dəyişikliklərə ənənələrə və mənəvi prinsiplərə əsaslanaraq fəal şəkildə reaksiya verməyə çağırıb. (Baku.ws)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO