Ukrayna Prezidenti Volodimir Zelenski mayın 15-də Türkiyədə ancaq şəxsən Rusiya lideri Vladimir Putinlə danışıqlar aparmağa hazır olduğunu açıqlayıb.
Bizim.Media xəbər verir ki, o, bu barədə Telegram kanalında yazıb.
Zelenski ABŞ Prezidenti Donald Trampın sözügedən görüşün keçirilməsinə cavab olaraq deyib:
“Putini cümə axşamı Türkiyədə şəxsən gözləyəcəm. Ümid edirəm ki, ruslar bu dəfə görüşə gəlməmək üçün bəhanə axtarmayacaqlar”.
Eyni zamanda, Zelenski bəyan edib ki, Ukrayna mayın 12-dən əvvəllər təklif edilən tam atəşkəs rejimini gözləyəcək.
Bizim.Media

- A-
- A
- A+
Dünya
22:40 / 11.05.2025
“Putini cümə axşamı Türkiyədə şəxsən gözləyəcəm” - Zelenski
Hazırda oxunan: “Putini cümə axşamı Türkiyədə şəxsən gözləyəcəm” - Zelenski
Hazırda oxunan: “Putini cümə axşamı Türkiyədə şəxsən gözləyəcəm” - Zelenski
248816
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.