Rusiya prezidentindən mühüm bəyanat gözləyənlərin ümidlərini Kremlin ideoloqu hesab olunan Aleksandr Duqin kəskin şəkildə şərh edib.
Bizim.Media xəbər verir ki, o bildirib ki, Vladimir Putin artıq hər şeyi deyib və əlavə açıqlamaya ehtiyac yoxdur. “Müharibə davam edir və qəfil atəşkəs olmayacaq,” – deyə Duqin bildirib.
Onun sözlərinə görə, bu prosesin gözlənilmədən dayanacağını düşünmək – sadəlövhlükdür:
“Müharibənin qəfil sona çatmasını arzulayanlar – lənətə gəlsin! Belə bir şey olmayacaq.”
Duqin həmçinin prezident Putinə qarşı şübhələri pisləyib və ona qarşı “xəyanətə hazırdır” tipli fikirləri əsassız adlandırıb:
“Putini xəyanətə hazır biri kimi göstərməkdən əl çəkin. O, belə insan deyil və bu addımı heç vaxt atmaz.”
Sonda Duqin bir daha Rusiyanın qələbəsinə inamını ifadə edib:
“Qarşımızda yalnız Qələbə var! Rus batalyonları Qərbə doğru irəliləyir!”
Bu bəyanat Rusiya cəmiyyətində və beynəlxalq ictimaiyyətdə müxtəlif reaksiyalar doğurur. Bəziləri bunu müharibənin uzanacağına işarə kimi görür, digərləri isə radikal ritorikanın təhlükəli həddə çatmasından narahatdır.
Bizim.Media

- A-
- A
- A+
Dünya
10:28 / 11.05.2025
Duqin: “Müharibənin qəfil bitməsini istəyənlər lənətə gəlsin”
Hazırda oxunan: Duqin: “Müharibənin qəfil bitməsini istəyənlər lənətə gəlsin”
Hazırda oxunan: Duqin: “Müharibənin qəfil bitməsini istəyənlər lənətə gəlsin”
248712
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.