Pakistan bütün aviareyslər üçün hava məkanını bağladı

Pakistan bütün aviareyslər üçün hava məkanını bağladı

Hazırda oxunan: Pakistan bütün aviareyslər üçün hava məkanını bağladı

248696

Pakistanın hava məkanı 11 may saat 12:00-a qədər bütün aviareyslər üçün bağlı qalacaq.

Bizim.Media xəbər verir ki, Bu barədə ölkənin Mülki Aviasiya İdarəsi açıqlama yayıb.

Əvvəlcə hava məkanının 3:15-dən 12:00-a qədər bağlanacağı bildirilmişdi. Lakin müddətin başa çatmasına az qalmış, hakimiyyət yeni bəyanat yayaraq məhdudiyyətin uzadıldığını elan edib.

Qərarın qəbul olunmasına səbəb kimi təhlükəsizlik sahəsində mövcud vəziyyət göstərilir.

Rəsmi açıqlamada əlavə təfərrüatlar verilməyib.


Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO