“Putin və Bayden Qarabağ barədə nə danışa bilərlər?”

“Putin və Bayden Qarabağ barədə nə danışa bilərlər?”

Hazırda oxunan: “Putin və Bayden Qarabağ barədə nə danışa bilərlər?”

24862

“Rusiya prezidentinin köməkçisi Yuri Uşakov bildirib ki, Rusiya prezidenti Vladimir Putin və ABŞ prezidenti Co Bayden Cenevrədə Yaxın Şərq, Ukrayna və Dağlıq Qarabağdakı vəziyyəti müzakirə edəcəklər.

Rusiya və ABŞ liderləri eyni zamanda, strateji sabitlik, COVID-19 və kibercinayətkarlıqla mübarizə məsələləri barəsində fikir mübadiləsi aparacaqlar.

Putin və Bayden Qarabağ barədə nə danışa bilərlər? Rusiya Qarabağda yerləşib, Amerika isə bölgədə yoxdur və bu Vaşinqtonu müəyyən qədər narahat edir”. 

Bizim.Media xəbər verir ki, bu fikirləri “Atlas” Siyasi Araşdrımalar  Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu feysbuk səhifəsində qeyd edib.
 

MÖVZU İLƏ BAĞLI:

Baydenlə Putinin müzakirə mövzuları AÇIQLANDI – Müzakirələrdə QARABAĞ DA VAR


Onun sözlərinə görə , Rusiyalı rəsmilər və diplomatlar sözdə deyirlər ki, Rusiya, ABŞ və Fransanın timsalında həmsədrlərin fəaliyyətini davam etdirməsini istəyirlər, ancaq əlavələrini də unutmurlar:

““Azərbaycan və Ermənistan danışıqlarda maraqlı olmalıdırlar”. Biz həmsədrlərin fəaliyyətində maraqlı deyilik, çünki gəlib “statusdan” danışacaqlar, bu isə maraqlarımıza cavab vermir”. 

Politoliq mina xəritəsinin verilməsində ABŞ-ın rolunu xüsusi vurğulayıb:

“Əlbəttə, Ağdam ətrafında minalanmış xəritələrin ermənilərlə əvəz olunmasında amerikalı diplomatların rolu oldu. Buna görə Vaşinqtona minnətdarıq. ABŞ-ın elə bu çərçivədə də fəaliyyətini davam etdirməsini istəyirik”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO