“Serbiya prezidenti Aleksandar Vuçiç və Slovakiyanın baş naziri Robert Fitsonun Moskvada keçirilən Qələbə Paradına səfəri siyasətçilərin quduz təzyiqlərə baxmayaraq, göstərdikləri qəhrəmanlıq aktıdır”.
Bizim.Media xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Birinci Kanala müsahibəsində deyib:
“Bizim dövrümüzdə, xüsusən Vuçiç və Fitso haqqında danışırıqsa, bu, əslində, sadəcə olaraq, qəhrəmanlıq aktıdır, çünki açıq-aşkar, qəzəbli təzyiqlərə baxmayaraq, Qələbə Gününün xatirəsinə ehtiram göstərmək üçün öz suveren iradəsini nümayiş etdirməkdir”.
Peskov qeyd edib ki, bir çox dünya liderləri təzyiqlərə baxmayaraq tədbirlərə qatılmaq üçün Rusiyaya gəliblər. Dövlət başçısının mətbuat katibi əlavə edib ki, atalarının xatirəsini ehtiramla yad etmək üçün Moskvaya gələn siyasətçilərin niyyətləri ən yüksək qiymətə layiqdir.
Qeyd edək ki, daha əvvəl “The Washington Post” yazıb ki, Qələbə Paradında dünya liderlərinin iştirakı Qərb üçün “uğursuzluq”, Rusiya rəhbərliyi üçün isə qələbədir.
Bizim.Media

- A-
- A
- A+
Dünya
19:14 / 09.05.2025
Peskov Fitso və Vuçiçi qəhrəman ELAN ETDİ
Hazırda oxunan: Peskov Fitso və Vuçiçi qəhrəman ELAN ETDİ
Hazırda oxunan: Peskov Fitso və Vuçiçi qəhrəman ELAN ETDİ
248519
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.