Təhsil almadan 11 dil öyrəndi: “Əllərimə yazaraq başladım”

Təhsil almadan 11 dil öyrəndi: “Əllərimə yazaraq başladım”

Hazırda oxunan: Təhsil almadan 11 dil öyrəndi: “Əllərimə yazaraq başladım”

248472

Antalyanın Manavqat rayonunda yerləşən Side Antik kəndində bir zərgərlik mağazasında çalışan Cuma Turhan (56) heç bir rəsmi təhsil almadan 11 dili öyrənməyi bacarıb.

Bizim.Media Xarici KİV-ə istinadən xəbər verir ki, o, İngilis, Alman, İsveç, İtalyan, Holland və Fransız dillərində sərbəst danışa, Norveç, Rus, İspan və Polyak dillərində isə rahat ünsiyyət qura bilir.

Kayserinin Develi bölgəsində doğulan Turhan, təhsilini ikinci sinifdə yarımçıq qoyaraq işləməyə başlayıb.

Dil öyrənmək həvəsi Ürgüpdə turistlərlə işlədiyi zaman yaranıb. O, dilləri əllərinə yazaraq və ətrafındakı insanlara suallar verərək öyrəndiyini bildirib. Hal-hazırda isə Aram və Rum dillərini öyrənmək istəyir.
 

Turhan, “Əlimdən gəlsə, 20-30 dil öyrənmək istərdim,” – deyərək, dil öyrənməyə olan marağının hələ də davam etdiyini bildirib. O, ən çətin dilin ərəb dili olduğunu, ən isti turistlərin isə almanlar olduğunu qeyd edib.


Turizm sahəsində gənclərin marağının azaldığını vurğulayan Turhan, peşəsini son nəfəsinə qədər davam etdirmək niyyətində olduğunu deyib. Boş vaxtlarında isə müxtəlif mədəniyyətlər, dünya mətbəxləri və tarixlə maraqlandığını söyləyib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO