"İsrailin yeni hökuməti HƏMASIN əlindədir” - Yəhudi politoloq tezliklə “yeni seçkilər olacaq” dedi - FOTO

Hazırda oxunan: "İsrailin yeni hökuməti HƏMASIN əlindədir” - Yəhudi politoloq tezliklə “yeni seçkilər olacaq” dedi - FOTO

24834

İsraildə Netanyahu erası bitdi. Düz, 12 illik hakimiyyətdən sonra Netanyahunu bir neçə siyasi partiyanın koalisiyası əvəz edə bildi. Əslində, İsraildə siyasi qüvvələrin ilkin etap üçün maksimal öhdəlikləri də bundan ibarət idi. Onda baxaq görək yaxın və uzaq çevrə üçün İsraildə nə baş verdi?

"İsrailin yeni hökuməti Azərbaycanla əməkdaşlıq vektorunu dəyişməyəcək. Yəni, əlaqələrimiz dayandırılmayacaq. Əksinə hər şey daha da dərinləşəcək və yaxşılaşacaq"- deyən, Mixail Finkel bildirdi ki, İsrailin yeni hökuməti bir-birinə əks siyasət yürüdən partiyalardan ibarətdir:
 

MÖVZU İLƏ BAĞLI:

İsraildə “hökümət böhranı” – Solçular hakimiyyətə can atır 


"Onları birləşdirən yeganə faktor Benyamin Netanyahunu əvəzləmək olub"

Bizim.Media ilə özəl müsahibəsində bunları deyən yəhudi tarixçi və politoloq hökumətin fəaliyyətini HƏMAS ilə də əlaqələndirib. Mixail Finkelin fikrincə, terrorçular işə keçən kimi Netanyahuya qarşı birləşən koalisiya dağılacaq:

"Çünki ərəb partiyası koalisiyadan çıxacaq. Onlar daha əvvəl də deyib ki, ərəblərə qarşı döyüşən ittifaqda ola bilmərik. Hökumət dağılacaq və yeni seçkilər olacaq. Bu İsrail hökuməti Həmasın əlindədir və yeni hakimiyyəti uzunömürlü görmürəm. Bu hökumət qısa müddətə dağılacaq. 

Amma Azərbaycanla əlaqələrimiz qorunacaq, çünki bizi tarix birləşdirir, dost xalqlarıq. Yeni hökumətimiz uzunömürlü olmayacaqsa da İsrail-Azərbaycan qardaşlığı əbədidir"

Mixail Finkel sonda bu gün Azərbaycanın ən ciddi problemi olan minalar məsələsinə də toxundu və bir daha xatırlatdı ki, İsraildə ən müasir mina təmizləyən hərbi avadanlıqlar var:

"Yetər ki, Azərbaycan istəsin"

Anar Rəhimov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO