Hindistan 21 hava limanının fəaliyyətini dayandırdı

Hindistan 21 hava limanının fəaliyyətini dayandırdı

Hazırda oxunan: Hindistan 21 hava limanının fəaliyyətini dayandırdı

248222

Hindistanın şimalında Pakistanla həmsərhəd olan 21 hava limanının fəaliyyəti mayın 10-dək dayandırılıb.

Bizim.Media xəbər verir ki, bu barədə “The Hindu” nəşri yazır.

Nəşr bildirir ki, hökumət müvafiq qərarı Pakistanla sərhəd yaxınlığında hərbi zərbələr fonunda verib.

Məhdudiyyətlər Cammu və Kəşmir bölgəsindəki, həmçinin Pəncab, Himaçal Pradeş, Racastan və Qucarat əyalətlərindəki hava limanlarına təsir edib.

Qeyd olunur ki, bu hava limanlarının bir çoxundan təkcə aviaşirkətlər deyil, Hindistan Hərbi Hava Qüvvələri də istifadə edir.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO