Gürcüstanda hakim partiya olan “Gürcü Arzusu”nun yeni sədri məlum olub.
Bizim.Media xəbər verir ki, gürcü mətbuatının yaydığı məlumata görə, partiyanın rəhbərliyinə ölkənin hazırkı Baş naziri İrakli Kobaxidze gətirilib.
Partiyada bu vəzifə boş qalmışdı, çünki əvvəlki sədr – İrakli Qaribaşvili bu ilin 25 aprelində siyasətdən getdiyini açıqlamış və fevraldan bəri tutduğu partiya sədrliyi postunu da tərk etmişdi.
Qeyd edək ki, “Gürcü Arzusu” son illərdə Gürcüstanın siyasi həyatında əsas rol oynayan qüvvədir və yeni sədrin eyni zamanda hökumət başçısı olması partiyanın siyasi kursunda mühüm dəyişikliklərin ola biləcəyinə işarədir.
Bizim.Media

- A-
- A
- A+
Dünya
14:54 / 07.05.2025
“Gürcü Arzusu”nun yeni sədri var – Baş nazir partiyaya rəhbərlik edəcək
Hazırda oxunan: “Gürcü Arzusu”nun yeni sədri var – Baş nazir partiyaya rəhbərlik edəcək
Hazırda oxunan: “Gürcü Arzusu”nun yeni sədri var – Baş nazir partiyaya rəhbərlik edəcək
248115
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.