Şahbaz Şərif təcili iclas çağırdı – XALQA MÜRACİƏT EDƏCƏK

Şahbaz Şərif təcili iclas çağırdı – XALQA MÜRACİƏT EDƏCƏK

Hazırda oxunan: Şahbaz Şərif təcili iclas çağırdı – XALQA MÜRACİƏT EDƏCƏK

248073

Pakistanın Baş naziri Şahbaz Şərif Hindistanla münaqişənin kəskinləşməsi ilə əlaqədar Milli Təhlükəsizlik Komitəsinin təcili iclasını çağırıb.

Bizim.Media xəbər verir ki, bu barədə Baş nazirin ofisi məlumat yayıb.

İclasda həmçinin Nazirlər Kabinetinin üzvləri və ordunun rəhbər heyəti iştirak edir.
 

İclasın sonunda Ş.Şərifin xalqa müraciət edərək gələcək addımları elan edəcəyi gözlənilir.


Daha əvvəl Ş.Şərif bildirmişdi ki, Pakistanın Hindistanın başlatdığı bu müharibə aktına qətiyyətlə cavab vermək hüququ var və cavab artıq verilib.

Xatırladaq ki, Hindistan Silahlı Qüvvələrinin Pakistanda mülki infrastruktura endirdiyi silsilə zərbələr nəticəsində 26 pakistanlı həlak olub, 47 nəfər yaralanıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO