Lotu Qulinin yaxın adamı olan "qanuni oğru" AXTARIŞA VERİLDİ - FOTO

Lotu Qulinin yaxın adamı olan "qanuni oğru" AXTARIŞA VERİLDİ - FOTO

Hazırda oxunan: Lotu Qulinin yaxın adamı olan "qanuni oğru" AXTARIŞA VERİLDİ - FOTO

248000

“Nika Qaqrinski” ləqəbli “qanuni oğru” Niko Dqebuadze Rusiyada federal axtarışa verilib.

Bizim.Media xəbər verir ki, Smolensk vilayətində avtoritetə qarşı Rusiya Cinayət Məcəlləsinin 210.1-ci maddəsi — “Cinayətkar iyerarxiyada ali mövqe tutma” üzrə cinayət işi başlanılıb.
 

Məlumata görə, 43 yaşlı Dqebuadze Smolensk vilayətində cinayətkar adət-ənənələri dəstəkləməkdə davam edir və hətta bölgədə yerli hakimiyyət orqanları ilə görüş təşkil edir.


Qaqrinski narkotik saxlamaq və yaymaqda ittiham olunaraq iki dəfə məhkum olunub. İndi o, yenidən hüquq-mühafizə orqanlarının diqqətinə düşüb və federal axtarışa verilib. Barəsində cinayət iyerarxiyasında yüksək vəzifə tutduğuna görə cinayət işi açılıb və onu 15 ilə qədər həbs gözləyir.

Qeyd edək ki, “Nika Qaqrinski” mərhum azərbaycanlı “qanuni oğru” Lotu Qulinin yaxın adamlarından biri idi.

Qaqrisnki daim abxaz avtoritetləri tərəfindən sıxışdırılıb. 2017-ci ildə Lotu Quli öz adamı Rəşad Gəncinskini məhz “Nika Qaqrinski”yə dəstək olmaq üçün Abxaziyanın Qudauti şəhərinə göndərib. (lent.az)


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO