Yadplanetlilərin yerdəki bazalarına dair məxfi sənəd AÇIQLANDI

Yadplanetlilərin yerdəki bazalarına dair məxfi sənəd AÇIQLANDI

Hazırda oxunan: Yadplanetlilərin yerdəki bazalarına dair məxfi sənəd AÇIQLANDI

247694

Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) məxfi sənədlərində ikisi Yer kürəsində olan üç yadplanetli bazasının yerinin aşkarlandığı iddia edilir.

Bizim.Media xəbər verir ki, bu barədə Britaniyanın “Daily Mail” qəzeti xəbər verir.

Qeyd olunur ki, 1970-1980-ci illərdə idarə uzaq obyektləri görə bildiyini iddia edən insanlarla eksperimentlər aparıb.

Xüsusilə, sənəd Alyaska, Cənubi Amerika və ya Afrikada, eləcə də Saturnun ən böyük peyki olan Titanda yerləşdiyi iddia edilən yadplanetli bazalarını təsvir edir.
 

Bununla əlaqədar olaraq, MKİ ilə söhbət zamanı şahidlər yer üzündəki yadplanetlilərin üç növünü təsvir ediblər: böyük yuvarlaq başlı və insan olmayan görünüşlülər, iti burunlu solğunlar və zahiri olaraq insanlardan heç bir fərqi olmayan canlılar.


Daha əvvəl MKİ-nin keçmiş agenti Devid Qruş deyib ki, naməlum uçan obyektlərlə insidentlərin baş verdiyi ehtimal edilən yerlərdə qeyri-insani biotexnologiyalar tapılıb. (lent.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO