Türkiyənin Qars şəhərindən 4 azərbaycanlı çıxarılıb, birinə cinayət işi açılıb.
Bizim.Media xəbər verir ki, aprel ayında şəhərdə 287 xarici vətəndaşın şəxsiyyət və hüquqi vəziyyət yoxlaması aparılıb. Dindirilmələr nəticəsində 29 qeyri-qanuni mühacir barəsində qanuni tədbir görülüb.
Qeyri-qanuni miqrantlardan 24 Əfqanıstan vətəndaşı Repatriasiya Mərkəzinə göndərilib. 3 Azərbaycan vətəndaşına "ölkəni tərk etmək" göstərişi verilib. 1 İran vətəndaşı əməliyyatlardan sonra sərbəst buraxılıb. 1 Azərbaycan vətəndaşı deportasiya edilib və ölkəsi ilə əlaqə saxlanılıb.
Miqrant qaçaqmalçılığı ilə bağlı məhkəmə prosesləri də diqqəti cəlb edib. 1 Azərbaycan vətəndaşı barəsində "Rəsmi sənədləri saxtalaşdırma" maddəsi ilə cinayət işi başlanıb. 1 Türkiyə vətəndaşı barəsində "Mühacir Qaçaqçılığı" cinayəti ilə bağlı qanuni iş başlanıb.
Digər tərəfdən, miqrant qaçaqmalçılığı cinayətinə görə axtarışda olan Əfqanıstan vətəndaşı tutularaq ədliyyə orqanlarına təhvil verilib. /lent.az
Bizim.Media

- A-
- A
- A+
Dünya
20:25 / 04.05.2025
Bir Azərbaycan vətəndaşı Türkiyədən deportasiya edildi - FOTO
Hazırda oxunan: Bir Azərbaycan vətəndaşı Türkiyədən deportasiya edildi - FOTO
Hazırda oxunan: Bir Azərbaycan vətəndaşı Türkiyədən deportasiya edildi - FOTO
247613
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.