ŞOK: Özələ hücum edən şəxs övladlarını öldürübmüş

ŞOK: Özələ hücum edən şəxs övladlarını öldürübmüş

Hazırda oxunan: ŞOK: Özələ hücum edən şəxs övladlarını öldürübmüş

247600

Türkiyənin ana müxalifətdə olan Cümhuriyyət Xalq Partiyasının (CHP) lideri Özgür Özələ hücum edən şəxslə bağlı yeni detallar ortaya çıxıb.

Bizim.Media TRT kanalına istinadən xəbər verir ki, hücum edən şəxsin 66 yaşlı Selçuk.T. olduğu bildirilib.

Ötən gün vəfat edən parlamentin sədr müavini Sırrı Süreyya Öndərin vəfatı ilə bağlı təşkil edilən tədbirdən çıxarkən siyasətçiyə hücum edən şəxsin psixi cəhətdən sağlam olduğu qeyd olunub.

Onun 2004-cü il mayın 9-da 15 yaşlı qızı ilə 17 yaşlı oğlunu qətlə yetirdiyi, 11 yaşındakı digər qızını yaraladığı üçün ömürlük həbs cəzasına məhkum edildiyi məlum olub. Hücum edən şəxs 2020-ci ildə şərti azadlığa buraxılıb.

Şübhəlinin heç bir siyasi partiya və ya təşkilatla əlaqəsinin olmadığı deyilir.

Hadisə ilə bağlı istintaq başladılıb, şübhəli saxlanılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO