Ərdoğan hücuma məruz qalan Özgür Özələ zəng vurdu - VİDEO

Ərdoğan hücuma məruz qalan Özgür Özələ zəng vurdu - VİDEO

Hazırda oxunan: Ərdoğan hücuma məruz qalan Özgür Özələ zəng vurdu - VİDEO

247569

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan hücuma məruz qalan CHP sədri Özgür Özələ zəng edib.

Bizim.Media xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının kommunikasiyalar üzrə direktoru Fahrettin Altun sosial şəbəkə hesabında yazıb.
 

“Rəcəb Tayyib Ərdoğan bu gün İstanbulda hücuma məruz qalan CHP sədri Özgür Özələ zəng vurub, dəstəyini ifadə edib. Prezident hadisənin bütün təfərrüatlarının üzə çıxarılması üçün prosesi yaxından izlədiyini bildirib.


Hücumla bağlı dərhal istintaq başladılıb və hücumu həyata keçirən şəxs nəzarətə götürülüb. Özgür Özələ edilən bu hücumu qınayır və keçmiş olsun diləklərimizi çatdırırıq”, - deyə Altun qeyd edib.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO