2022-ci ildə NATO sammiti İspaniyada keçiriləcək

2022-ci ildə NATO sammiti İspaniyada keçiriləcək

Hazırda oxunan: 2022-ci ildə NATO sammiti İspaniyada keçiriləcək

24756

Növbəti NATO sammiti 2022-ci ildə İspaniyada keçiriləcək.

Bizim.Media xəbər verir ki, bunu Litva Prezidenti Gitanas Nayseda Brüsseldəki sammitə gəldikdən sonra deyib.

NATO zirvəsi bazar ertəsi günü Brüsseldə müttəfiq ölkələrin liderlərinin iştirakı ilə baş tutur.

Zirvə toplantısında 2030-cu ilə qədər ittifaqın yeni strateji konsepsiyası, habelə Rusiya, Çin, texnoloji inkişafın gücləndirilməsi, iqlim dəyişikliyi, kiber məkanda və kosmosda təhdidlərə qarşı mübarizə müzakirə predmeti olacaq.

Nayseda jurnalistlərə "Litva bütün lazımi infrastrukturu təmin etməyə və NATO-nun 2022-ci ildə İspaniyada keçiriləcək sammitindən sonra növbəti sammitin keçirilməsinə məkan olmağa hazırdır" deyib.

NATO növbəti zirvənin keçirilmə tarixini və yerini rəsmi olaraq açıqlamayıb. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO