Boris Consondan “Putin qatildirmi?

Boris Consondan “Putin qatildirmi?" sualına KƏSKİN CAVAB

Hazırda oxunan: Boris Consondan “Putin qatildirmi?" sualına KƏSKİN CAVAB

24753

Britaniyanın Baş Naziri Boris Conson G7 zirvəsi zamanı CNN televiziyasının müxbiri Klarissa Uordun “ABŞ Prezidenti Co Baydenin Rusiya Prezidenti Vladimir Putinə "qatil" dediyi kəlməsi ilə razısınızmı?” sualına cavab verib.

Bizim.Media xəbər verir ki, bu haqda məlumatı “mk.ru” saytı yayıb.

"Hesab edirəm ki, Prezident Putin qəbuledilməz şeylər edib" deyən Conson vurğulayıb ki, Rusiya lideri Solsberidə “Noviçok” zəhərli maddənin köhnə agent Skripala qarşı istifadə edilməsinə şəxsən icazə verib və bu, günahsız yerli sakinin ölümünə səbəb olub.

"Görürsünüz ki, o, əsas rəqibi Aleksey Navalnı ilə necə rəftar edir, - deyə Conson qeyd edib. - İndi ona həbsxanada həqiqətən işgəncə verirlər”.

Conson ayrıca Cenevrədəki zirvədə ABŞ prezidenti Co Baydenin Rusiya prezidentinə olduqca sərt bir mövqe bildirəcəyini və bu addımı qəbul etdiyini bildirib.

"Putini son dəfə görəndə bunu mən də etdim”, deyə Conson əlavə edib.

Eyni zamanda Conson Bayden-Putin görüşünün müvəffəqiyyətli adlandırılması üçün nəticənin necə olacağı sualına ətraflı cavab verməyib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO