İsrailin baş naziri Benyamin Netanyahu may ayının 7-11 tarixlərində planlaşdırılan Azərbaycana səfərini bölgədəki son inkişaflarla əlaqədar olaraq təxirə salıb.
Bizim.Media xəbər verir ki, bu barədə İsrail hökümətinin mətbuat xidməti məlumat yayıb.
“Qəzza zolağında və Suriyada baş verən hadisələr, həmçinin sıx siyasi və təhlükəsizlik gündəliyi nəzərə alınaraq, Baş nazir Netanyahu Azərbaycana nəzərdə tutulan səfərini daha sonrakı tarixə keçirmək qərarına gəlib,” – deyə məlumatda qeyd edilib.
Baş nazir Prezident İlham Əliyevə dəvətinə görə təşəkkür edib və iki ölkə arasında mövcud olan səmimi münasibətləri yüksək qiymətləndirdiyini vurğulayıb.
Bizim.Media

- A-
- A
- A+
Dünya
21:35 / 03.05.2025
Netanyahu Azərbaycana səfərini TƏXİRƏ SALDI
Hazırda oxunan: Netanyahu Azərbaycana səfərini TƏXİRƏ SALDI
Hazırda oxunan: Netanyahu Azərbaycana səfərini TƏXİRƏ SALDI
247464
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.