SENSASİYA: Bayden Putinlə görüşə 50 ildir hazırlaşıb?

SENSASİYA: Bayden Putinlə görüşə 50 ildir hazırlaşıb?

Hazırda oxunan: SENSASİYA: Bayden Putinlə görüşə 50 ildir hazırlaşıb?

24698

ABŞ prezidenti Co Bayden rusiyalı həmkarı Vladimir Putindən qarşıdakı görüşdə nə gözlədiyini yaxşı bilir, çünki bu ana çatmaq üçün onun çiynində 50 hazırlıq ili var.

Bizim.Media xəbər verir ki, bu fikirləri Ağ Evin sözçüsü Jen Psaki səsləndirib. 

Britaniyanın Kornvall şəhərində baş tutan G7 sammitindən sonra Bayden 14 iyunda NATO sammitinin keçiriləcəyi Brüsselə gedib. Bayden Putinlə 16 iyunda Cenevrədə görüşəcək.

"O, (Bayden) nəyi gözlədiyini yaxşı bilir. Onun fikrincə, bu görüşdə güvən və dostluqdan söhbət açılmayacaq. Necə ümumi dil tapa biləcəyimiz müzakirə predmeti olacaq. Narahat olduğumuz sahələri açıq şəkildə sadalamalıyıq". Psaki İngiltərədən Brüsselə gedərkən təyyarədə keçirdiyi brifinqdə belə deyib.

Stenoqram Ağ Evin mətbuat xidməti tərəfindən yayılıb.

“Bayden Rusiya liderindən nə gözləyir?” sualına Psaki belə cavab verib:

“ABŞ prezidenti daha əvvəl də Putinlə işləyib və onda uzun illərin təcrübəsi var”.

Jurnalistin “ABŞ-ın birinci xanımı Jill Bayden deyib ki, onun əri Putinlə görüşə "tam hazırdır” fikrinə Ağ Evin rəsmisinin cavabı belə olub:

"O, bu ana 50 il hazırlaşıb”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO