Ukraynanın Odessa şəhərində azərbaycanlı iş adamı, diaspor nümayəndəsi oğurlanıb.
Bizim.Media xəbər verir ki, 1972-ci il təvəllüdlü Vüqar Fərhad oğlu Osmanov aprelin 16-dan itkin düşüb.
Yerli polisin müşahidə kameraları vasitəsilə ilə apardığı araşdırma nəticəsində müəyyən olunub ki, V. Osmanov Odessa şəhərində iaşə obyektlərindən birindən çıxarkən, naməlum şəxslər tərəfindən avtomobilə əyləşdirilərək naməlum istiqamətə aparılıb. Həmyerlimizlə indiyədək heç bir əlaqə yoxdur. Yerli polis onun yaxınlarına hələ də bir məlumat vermir.
Qeyd edək ki V. Osmanov Ukrayna vətəndaşıdır və Odessada Azərbaycan diasporunun fəal üzvüdür. (Report)
Bizim.Media

- A-
- A
- A+
Dünya
14:16 / 30.04.2025
Ukraynada Azərbaycan diasporunun üzvü oğurlandı – FOTO/VİDEO
Hazırda oxunan: Ukraynada Azərbaycan diasporunun üzvü oğurlandı – FOTO/VİDEO
Hazırda oxunan: Ukraynada Azərbaycan diasporunun üzvü oğurlandı – FOTO/VİDEO
246881
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.