ABŞ Hökumətinin Səmərəliliyi İdarəsinin kuratoru İlon Mask Ağ evdəki vəzifəsini praktiki olaraq məsafədən iş rejiminə keçirib.
Bizim.Media xəbər verir ki, bu barədə “New-York Post” qəzeti məlumat yayıb.
“Biz telefon vasitəsilə danışırıq, effekt eynidir”, - deyə nəşr Ağ ev əməkdaşlarının aparat rəhbəri Süzan Uaylsdan sitat gətirib.
Aprelin 21-də “The Washington Post” qəzeti İlon Maskın sol siyasi qüvvələrin nümayəndələrinin təzyiqlərindən yorulduğu üçün Ağ evi tərk etmək niyyətində olduğunu yazmışdı. Onun rəhbərlik etdiyi agentliyin fəaliyyəti minlərlə amerikalının işdən çıxarılması və bir çox maliyyə yardımı proqramlarının dayandırılması ilə nəticələnib.
Bizim.Media

- A-
- A
- A+
Dünya
15:04 / 30.04.2025
İlon Mask Ağ evdəki iş yerinə niyə gəlmir?
Hazırda oxunan: İlon Mask Ağ evdəki iş yerinə niyə gəlmir?
Hazırda oxunan: İlon Mask Ağ evdəki iş yerinə niyə gəlmir?
246879
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.