“Rusların bəxti gətirib ki, ölkə prezidenti Putindir”
Bizim.Media xarici KİV-ə istinadən xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov “Bilik” təhsil marafonunda mühazirəsi zamanı deyib.
Onun sözlərinə görə, ruslar Vladimir Putinin ölkə prezidenti olması ilə xoşbəxtdirlər.
“Putin ölkəmizin prezidentidir: “Sizin də, mənim də bəxtim gətirib ki, o, ölkəmizin prezidentidir”.
Həmçinin mühazirə zamanı Peskov qeyd edib ki, Putin Ukrayna ilə bağlı üzərinə düşəni edib.
Bizim.Media