Kahramanmaraşda "Azərbaycan məhəlləsi"ndəki evlərin inşası YEKUNLAŞDI - FOTO

Kahramanmaraşda "Azərbaycan məhəlləsi"ndəki evlərin inşası YEKUNLAŞDI - FOTO

Hazırda oxunan: Kahramanmaraşda "Azərbaycan məhəlləsi"ndəki evlərin inşası YEKUNLAŞDI - FOTO

246786

Türkiyənin Kahramanmaraş şəhərində salınan “Azərbaycan məhəlləsi"nin baş planı üzrə 7, 8, 11 və 12-ci kvartallarında tikinti işləri yekunlaşıb.

Bizim.Media report-a istinadən xəbər verir ki, müasir memarlıq üslubunda inşa edilən evlər günəş panelləri ilə təchiz olunub.

Dörd kvartalda yerləşən 26 yaşayış binası qarşıdakı günlərdə sahiblərinə təhvil veriləcək. Bu binalarda ümumilikdə 456 mənzil, 328 qeyri-yaşayış obyekti inşa edilib.
 

Yeni yaşayış massivi təkcə evlərdən ibarət deyil. Ərazidə müxtəlif ticarət və sosial obyektlər, parklar, istirahət yerləri, uşaq meydançaları da var.


Qeyd edək ki, 2023-cü il fevralın 6-da mərkəzi Kahramanmaraş olmaqla, Türkiyədə baş verən 7.7 və 7.6 bal gücündəki dağıdıcı zəlzələdə 53 min 537 nəfər həyatını itirib, 107 min 213 nəfər isə müxtəlif bədən xəsarətləri alıb. Zəlzələ nəticəsində 38 min 901 bina dağılıb.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO