“Ukrayna Rusiya ilə müharibəni davam etdirsə də, qalib gələ bilməyəcək”
Bizim.Media xəbər verir ki, bu fikirləri ABŞ-ın vitse-prezidenti Cey Di Vens amerikalı mühafizəkar siyasi fəal Çarli Kerkin podkastında çıxışı zamanı bildirib.
O qeyd edib ki, Rusiya ilə savaş nüvə müharibəsinə çevrilə bilər:
“Ola bilər ki, bu münaqişə bir neçə il də davam etsin, nəticədə milyonlarla insan ölsün və bu, nüvə qarşıdurmasına səbəb olsun. Bu mütləq dayandırılmalıdır”, – deyə Vens vurğulayıb.
Vens Ukrayna müharibəsi ilə bağlı KİV-də qəribə fikrin formalaşdığını qeyd edib:
“Onlar düşünürlər ki, guya müharibə bir neçə il də uzansa, Rusiya zəifləyəcək, Ukrayna işğal olunmuş ərazilərini geri alacaq və hər şey müharibədən əvvəlki vəziyyətə qayıdacaq. Ammа bu, yaşadığımız reallıq deyil”, – deyə Vens əlavə edib.
Bizim.Media

- A-
- A
- A+
Dünya
09:43 / 29.04.2025
Vensdən QORXUNC XƏBƏRDARLIQ – “Rusiya ilə savaş nüvə müharibəsinə ÇEVRİLƏ BİLƏR”
Hazırda oxunan: Vensdən QORXUNC XƏBƏRDARLIQ – “Rusiya ilə savaş nüvə müharibəsinə ÇEVRİLƏ BİLƏR”
Hazırda oxunan: Vensdən QORXUNC XƏBƏRDARLIQ – “Rusiya ilə savaş nüvə müharibəsinə ÇEVRİLƏ BİLƏR”
246626
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.