İranın cənubunda yerləşən Hörmüzqan əyalətinin Bəndər Abbas şəhərindəki Şəhid Rəcai limanında baş verən partlayış nəticəsində ölənlərin sayı 70 nəfərə çatıb.
Bizim.Media Mehr agentliyi məlumat yayıb.
Məlumata görə, 1200-dən çox insan yaralanıb. Həkimlər yaralılardan bəzilərinin vəziyyətini ağırdır qiymətləndirir.
Xatırladaq ki, partlayış aprelin 26-da günorta saatlarında limanın kimyəvi maddələr saxlanılan anbarında baş verib. Hadisə nəticəsində bir neçə kilometr radiusda binaların pəncərələri qırılıb.
İranın hakimiyyət orqanları faktla bağlı təhqiqata başlamaq göstərişi verib.
Bizim.Media