Rusiya Xarici İşlər Nazirliyi Şimali Koreya ordusunun Ukraynaya qarşı müharibədə iştirakını təsdiqləyib.
Bizim.Media xəbər verir ki, bununla bağlı Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova məlumat verib.
Zaxarova bildirib ki, Şimali Koreya hərbçiləri “Hərtərəfli Strateji Tərəfdaşlıq Müqaviləsi”nin dördüncü maddəsinə uyğun olaraq Kursk vilayətinin azad edilməsi əməliyyatında iştirak ediblər.
Qeyd edək ki, 2024-cü il iyunun 19-da Vladimir Putinin Pxenyana səfəri zamanı imzalanan sənəd “sənaye, iqtisadiyyat və elm kimi müxtəlif strateji sahələrdə əməkdaşlığın genişləndirilməsini, habelə ölkələrdən birinin müharibə vəziyyətində olması halında, bütün mümkün vasitələrlə hərbi yardımın göstərilməsini” nəzərdə tutan 23 maddədən ibarətdir.
Bizim.Media

- A-
- A
- A+
Dünya
00:11 / 27.04.2025
Rəsmi Moskva Şimali Koreya ordusunun Ukraynaya qarşı müharibədə iştirakını TƏSDİQLƏDİ
Hazırda oxunan: Rəsmi Moskva Şimali Koreya ordusunun Ukraynaya qarşı müharibədə iştirakını TƏSDİQLƏDİ
Hazırda oxunan: Rəsmi Moskva Şimali Koreya ordusunun Ukraynaya qarşı müharibədə iştirakını TƏSDİQLƏDİ
246268
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.