Xəbər verildiyi kimi ABŞ dövlət başçısı Donald Tramp Ukrayna dövlət başçısı Volodimir Zelenski ilə yenidən bir araya gəlib.
Bizim.Media xarici KİV-ə istinadən xəbər verir ki, hər iki lider Papa Fransiskinin dəfn mərasimindən əvvəl görüş keçiriblər. Görüşlə bağlı əlavə təfərrüatlar yaxın günlərdə açıqlanacaq.
Ukrayna liderinin mətbuat katibi Sergey Nikiforov da görüşün baş tutduğunu təsdiqləyib və bildirib ki, görüşdən sonra başqa görüş gözlənilmir.
Fotolarda Zelenskinin kostyumda olduğu diqqətdən yayınmayıb.
Qeyd edək ki, bundan əvvəl Tramp Ukrayna liderinə onunla görüşə kostyumla gəlmədiyi üçün irad tutmuşdu.
Bizim.Media