ABŞ Ukrayna danışıqlarından ÇIXA BİLƏR – Trampdan SENSASİON BƏYANAT

ABŞ Ukrayna danışıqlarından ÇIXA BİLƏR – Trampdan SENSASİON BƏYANAT

Hazırda oxunan: ABŞ Ukrayna danışıqlarından ÇIXA BİLƏR – Trampdan SENSASİON BƏYANAT

246051

“ABŞ-ın Ukrayna münaqişəsi ilə bağlı danışıqlar prosesindən çıxması məsələsi bir neçə həftədən sonra baş verilə bilər. Hələ saziş bağlamaq şansı var”.

Bizim.Media xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Donald Tramp Ağ Evdə jurnalistlərə açıqlamasında səsləndirib.  

O, jurnalistin ABŞ-ın Rusiya-Ukrayna danışıqlarından çıxması ilə bağlı sualına belə cavab verib:

"Gəlin, nə baş verəcəyini izləyək. Məncə, biz razılaşa bilərik. Əgər razılaşsaq, bu, əla olar, o zaman bu suala cavab verməli olmazdıq. Bu sualı iki həftədən sonra verə bilərsiniz, amma məncə, biz artıq razılığa çox yaxınıq".

Rusiyaya təzyiqlə bağlı suala cavab olaraq isə Tramp bunları deyib: 

“Bizim nə qədər təzyiq göstərdiyimiz barədə heç bir fikriniz yoxdur. Əlavə sanksiyalara gəlincə, bu, razılığın əldə olunub-olunmamasından asılı olacaq”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO