Pakistandan nüvə XƏBƏRDARLIĞI: “Faciəvi nəticələri olacaq”

Pakistandan nüvə XƏBƏRDARLIĞI: “Faciəvi nəticələri olacaq”

Hazırda oxunan: Pakistandan nüvə XƏBƏRDARLIĞI: “Faciəvi nəticələri olacaq”

245987

“Hər ikisi nüvə dövləti olan Pakistan və Hindistan arasında münaqişə təhlükəsi bütün dünya üçün narahatlıq doğurur”.

Bizim.Media xəbər verir ki, bunu Pakistanın müdafiə naziri Xavaca Asif “Sky News” telekanalına müsahibəsində deyib.

"İki nüvə dövləti arasında toqquşma həmişə narahatlıq doğurur. Əgər hər hansı səhv olarsa, bu qarşıdurma faciəvi şəkildə bitə bilər", - o deyib.
 

Qeyd edək ki, 26 mülki şəxsin ölümü ilə nəticələnən Pahalqam terror hücumundan sonra Hindistan və Pakistan arasında gərginlik artıb.


Aprelin 23-də Pakistan Hindistan təyyarələri üçün hava məkanını bağlayıb. Aprelin 24-də isə Hindistan Hind çayının qarşısını kəsərək Pakistana axını əngəlləyib. Bu gün gecə saatlarından etibarən isə sərhəd bölgəsində silahlı toqquşmalar başlayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO